Yuxarı

​ABŞ vətəndaşı Qırğızıstandan qovulub

O, ölkədən deportasiya edilmək şərti ilə Vaşinqtonun Bişkekdəki səfirliyinə təhvil verilib

Bakı. 30 mart. REPORT.AZ/ Qırğızıstanın Oş şəhərində tutulan ABŞ vətəndaşı Umar Faruk ölkədən qovulub.

"Report" "Kabar"a istinadən xəbər verir ki, bu haqda Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Xəbərdə bildirilib ki, U.Faruk Qırğızıstan ərazisində dini vəziyyətlə bağlı informasiya toplayırmış. O, inzibati qaydaları pozmaqda ittiham olunub.

Məlumata əsasən, Umar Faruk ölkədən deportasiya edilmək şərti ilə ABŞ-ın Qırğızıstandakı səfirliyinə təhvil verilib.

Xatırladaq ki, ABŞ vətəndaşı bu il martın 25-də Oşda saxlanılıb. Axtarış zamanı ondan islam adı altında fəaliyyət göstərən "Hizb ət-Təhrir"in həbsdə olan liderlərindən birinə aid cinayət işinin və bu təşkilatın üzvlərinin adları olan siyahının surətləri, "cihada", dinlərarası iğtişaşa çağırışa dair materiallar aşkarlanaraq müsadirə edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi