Yuxarı
    Bağlamaq

    ​ABŞ və Ukrayna təmsilçiləri Rusiya və Belarusun hava məkanında müşahidə uçuşu edəcək

    Sergey Rıjkov: Uçuş martın 30-dan aprelin 4-dək sürəcək

    Bakı. 30 mart. REPORT.AZ/ ABŞ və Ukrayna nümayəndələri "Açıq səma haqda" beynəlxalq müqavilənin gerçəkləşdirilməsi çərçivəsində Rusiya və Belarusun hava məkanında müşahidə uçuşu keçirəcək.

    "Report" TSN-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Nüvə təhlükəsizliyinin azaldılması milli mərkəzinin rəisi Sergey Rıjkov bildirib.

    "Uçuş martın 30-dan aprelin 4-dək davam edəcək. ABŞ-ın "OS-135V" müşahidə təyyarəsi Rusiya və Belarusun üzərindən uçacaq. Uçuş zamanı təyyarənin göyərtəsindəki mütəxəssislər müşahidə cihazlarının istifadəsini və uçuşların parametrlərini yoxlayacaqlar ", - məlumatda vurğulanıb.

    "Açıq səma haqda" müqavilə 1992-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Helsinkidə keçirilən toplantısında 27 iştirakçı-dövlət tərəfindən qəbul edilib. Müqavilənin hədəfi qarşılıqlı anlaşma və etmadın gücləndirilməsidir.

    Xatırladaq ki, hazırda bu müqaviləyə 34 dövlət qoşulub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi