Pentaqon ABŞ və Türkiyənin yüksək rütbəli hərbçilərinin görüşəcəyini açıqlayıb

Pentaqon ABŞ və Türkiyənin yüksək rütbəli hərbçilərinin görüşəcəyini açıqlayıb Görüşdə Suriyanın şimal-şərqindəki vəziyyətin, eləcə də təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi planlaşdırılır
Digər ölkələr
25 Dekabr , 2018 10:23
Pentaqon ABŞ və Türkiyənin yüksək rütbəli hərbçilərinin görüşəcəyini açıqlayıb
Foto: Evert Meulie

Bakı. 25 dekabr. REPORT.AZ/ "Bu həftə ABŞ və Türkiyənin yüksək rütbəli hərbçiləri arasında görüş olmalıdır".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Hezer Babb bildirib.

Qeyd olunur ki, görüşdə Suriyanın şimal-şərqindəki vəziyyətin, eləcə də təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi planlaşdırılır.

"Bu həftə Türkiyədə görüşlər olacağını təsdiqləyə bilərəm. ABŞ və Türkiyə həm rəsmi Ankaranın təhlükəsizliyi, həm də Suriyanın şimal-şərqindəki vəziyyətlə bağlı bütün məsələləri aktiv şəkildə koordinasiya edir. Bu müzakirələrin detallarına varmayacağam", - o deyib.

Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampı 2019-cu ildə Türkiyəyə səfərə dəvət etdiyi məlum olub.

Son xəbərlər

Orphus sistemi