​ABŞ və Rusiya silah satışı üzrə lider olub

​ABŞ və Rusiya silah satışı üzrə lider olub 2014-cü ildə dünyada silah satışı üzrə 71,8 mlrd. dollar məbləğində qanuni sövdələşmə imzalanıb
Digər ölkələr
27 Dekabr , 2015 12:40
​ABŞ və Rusiya silah satışı üzrə lider olub

Bakı. 27 dekabr. REPORT.AZ/ 2014-cü ildə ABŞ və Rusiya silah ixracına görə dünyada lider olub.

"Report" "New York Times"a istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresi yanında fəaliyyət göstərən ekspertlərin hesabatında bildirilir.

Birləşmiş Ştatlar əvvəlki liderliyini qoruyaraq ixrac həcmini 35 faiz (10 milyard dollar) artırıb. İkinci yerdə 2014-cü ildə 10,2 milyard dollar məbləğində silah satan Rusiya qərarlaşıb. Növbəti pillələri İsveç (5,5 mlrd dollar), Fransa (4,4 mlrd dollar) və Çin (2,2 mlrd dollar) tutub.

ABŞ-ın Qətər, Səudiyyə Ərəbistanı və Cənubi Koreya ilə çoxmilyardlıq müqavilələri Vaşinqtona silah bazarının 50 faizdən bir qədər çox hissəsinə nəzarət etmək imkanı verib.

Ötən il silah idxalçıları siyahısında lider mövqeyni Cənubi Koreya (7,8 mlrd. dollar) tutub. Onun ardınca İraq (7,3 mlrd. dollar) və Braziliya (6,5 mlrd. dollar) qərarlaşıb.

Ümumilikdə 2014-cü ildə dünyada 71,8 mlrd dollar məbləğində qanuni sövdələşmə imzalanıb.

Son xəbərlər

Orphus sistemi