ABŞ və NATO qoşunlarını Əfqanıstandan vaxtından əvvəl çıxarmağa başladı

ABŞ və NATO qoşunlarını Əfqanıstandan vaxtından əvvəl çıxarmağa başladı ABŞ və NATO Əfqanıstandakı bir sıra bazalardan qoşunların çıxarılmasına başlayıb
Digər ölkələr
25 Aprel , 2021 19:20
ABŞ və NATO qoşunlarını Əfqanıstandan vaxtından əvvəl çıxarmağa başladı

ABŞ və NATO qoşunların Əfqanıstandakı bir sıra bazalardan çıxarılmasına başlayıb.

“Report” xəbər verir ki, bu barədə Kabildə keçirilən konfransın gedişatında ABŞ və NATO-nun Əfqanıstandakı qoşunlarının komandanı general Skott Miller bildirib.

"Biz hərbçilərin bir sıra bazalardan çıxarılmasını həyata keçirməyə başladıq", - o deyib.

Bundan başqa, Miller əlavə edib ki, hərbçilər bütün bazalarını Əfqanıstanın hərbi qüvvələrinə verəcəklər.

ABŞ administrasiyası daha əvvəl elan edib ki, Əfqanıstandan qoşunların çıxarılması mayın 1-də başlayacaq və 11 sentyabra qədər yekunlaşacaq. Bildirilib ki, qoşunların çıxarılması prosesi müttəfiqlərlə tam koordinasiyalı formada gedəcək.

Son xəbərlər

Orphus sistemi