Yuxarı
    Bağlamaq

    ABŞ və Kuba poçt rabitəsini bərpa edir

    Martın 16-da göyərtəsində yazışma və bağlamalar olan ilk təyyarə reysi həyata keçiriləcək

    Bakı. 15 mart. REPORT.AZ/ ABŞ və Kuba 50 ildən sonra ilk dəfə birbaşa poçt rabitəsini bərpa edir.

    "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Kuba poçtu" sənaye qrupu məlumat yayıb.

    Çərşənbə günü, martın 16-da göyərtəsində yazışma və bağlamalar olan ilk təyyarə reysi həyata keçiriləcək.

    İlkin mərhələdə bu, pilot layihənin həyata keçirilməsi ilə təmin ediləcək.

    Qeyd edək ki, 2014-ci ilin dekabr ayında ABŞ və Kuba 50 ildən çox davam edən fasilədən sonra münasibətlərin normallaşması üzrə kursa başladıqlarını elan edib. 2015-ci il iyulun 20-də Havana və Vaşinqtonda hər iki ölkənin səfirlikləri açılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi