Yuxarı

ABŞ və Kuba liderləri 50 ildə ilk dəfə olaraq danışıqlar aparıblar

Bu, 1959-cu il Kuba inqilabından sonra ilk görüşdür

Bakı. 12 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama və Kuba lideri Raul Kastro 50 ildə ilk dəfə olaraq tarixi hesab olunan planlaşdırılmamış görüş keçiriblər.

“Report” xəbər verir ki, Obama və Kastro iki ölkə arasında münasibətləri müzakirə ediblər, həmçinin qarşılıqlı hörmət əsasında dialoqu davam etdirmək barədə razılıq əldə ediblər.

Qeyd olunur ki, bu, 1959-cu ildə Kuba inqilabından sonra diplomatik münasibətləri olmayan iki ölkə lideri arasında ilk görüşdür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi