ABŞ və koalisiya qüvvələrinin Suriyanı bombalaması nəticəsində 25 dinc sakin ölüb

ABŞ və koalisiya qüvvələrinin Suriyanı bombalaması nəticəsində 25 dinc sakin ölüb Ölənlərin əksəriyyətinin uşaq və qadın olduğu bildirilib
Digər ölkələr
1 May , 2018 17:14
ABŞ və koalisiya qüvvələrinin Suriyanı bombalaması nəticəsində 25 dinc sakin ölüb

Bakı. 1 may. REPORT.AZ/ ABŞ-ın başçılığı altında koalisiya qüvvələrinin qırıcılarının Suriyanın Haseke əyalətində terrorçu İŞİD qruplaşmasının mövqeyini vurması nəticəsində Əl-Fadil kəndində 25 dinc sakin ölüb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisə əyalətin mərkəzindən 60 km aralı cənub-şərqdə qeydə alınıb.

Hava hücumu nəticəsində ölənlərin əksəriyyətinin uşaq və qadın olduğu bildirilib.

Bu ərazi İraqla Suriya arasındakı sərhəddə yerləşir. 2016-cı ildə İŞİD Hasekəyə aid Şedadi və Hol kəndlərindən çıxmaqla bölgədəki ən əhəmiyyətli mövqeyini itirmişdi.

Son xəbərlər

Orphus sistemi