İsveç və ABŞ-nin müdafiə nazirləri Pol Yonson və Lloyd Ostin dekabrın 5-də Vaşinqtonda danışıqlar aparacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu bəarədə İsveç hökumətinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə tərəflər hərbi əməkdaşlıq haqqında saziş (DCA, Defence Cooperation Agreement) imzalayacaqlar.
Xatırladaq ki, noyabrın əvvəlində Skandinaviya ölkəsinin KİV-i tərəflərin hərbi əməkdaşlıq haqqında saziş üzrə danışıqları yekunlaşdırdığını bildirmişdi. Belə ki, sözügedən əməkdaşlıq amerikalılara İsveçin bəzi hərbi bazalarına giriş imkanı təmin edir. Bazaların adları imzalanmadan sonra bəlli olacaq.