ABŞ və İordaniya Qəzza zolağına yeni humanitar yardım göndərib

ABŞ və İordaniya Qəzza zolağına yeni humanitar yardım göndərib ABŞ və İordaniya Qəzza zolağının şimal hissəsinə humanitar yardımın çatdırılması üçün növbəti əməliyyat keçirib.
Digər ölkələr
20 Mart , 2024 17:59
ABŞ və İordaniya Qəzza zolağına yeni humanitar yardım göndərib

ABŞ və İordaniya Qəzza zolağının şimal hissəsinə növbəti humanitar yardım çatdırıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“CENTCOM və İordaniya Krallığının Hərbi Hava Qüvvələri martın 20-də Qəzzanın şimalına birgə humanitar yardım göndərib. Yardım davam edən münaqişədən zərər çəkmiş mülki şəxslərə lazımi dəstəyi təmin etmək üçün həyata keçirilib”, - qurumdan bildirilib.

Məlumata görə, yardım paketində düyü, un, süd, makaron və konservlər də daxil olmaqla 2,7 tona yaxın ərzaq yer alıb.

Komandanlıq vurğulayıb ki, ABŞ növbəti belə yardımların çatdırılmasını planlaşdırmağa davam edir.

Son xəbərlər

Orphus sistemi