ABŞ və Hindistan müdafiə tərəfdaşlığını genişləndirmək niyyətindədir

ABŞ və Hindistan müdafiə tərəfdaşlığını genişləndirmək niyyətindədir ABŞ və Hindistan kosmos və süni intellekt kimi inkişaf etməkdə olan sahələr də daxil olmaqla müdafiə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.
Digər ölkələr
8 Sentyabr , 2023 23:34
ABŞ və Hindistan müdafiə tərəfdaşlığını genişləndirmək niyyətindədir

ABŞ və Hindistan kosmos və süni intellekt kimi inkişaf etməkdə olan sahələr də daxil olmaqla müdafiə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə iki ölkə liderləri - prezident Cozef Bayden və baş nazir Narendra Modinin birgə bəyanatında deyilir.

Qeyd olunub ki, tərəflər kosmos və süni intellekt kimi yeni və inkişaf etməkdə olan sahələrdə əməkdaşlığı genişləndirməklə Hindistan və Amerika Birləşmiş Ştatları arasında əsas müdafiə tərəfdaşlığını dərinləşdirməyə və şaxələndirməyə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Həmçinin qeyd edilib ki, tərəflər hərbi istehsal sahəsində əməkdaşlığı sürətləndirmək barədə razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi