ABŞ-ın Aydaho ştatında yol qəzasında azı 6 nəfər ölüb

ABŞ-ın Aydaho ştatında yol qəzasında azı 6 nəfər ölüb ABŞ-da Aydaho ştatının Aydaho-Fols şəhərində baş verən yol qəzası nəticəsində azı 6 nəfər ölüb, onlarla insan yaralanıb.
Digər ölkələr
19 May , 2024 05:16
ABŞ-ın Aydaho ştatında yol qəzasında azı 6 nəfər ölüb

ABŞ-da Aydaho ştatının Aydaho-Fols şəhərində baş verən yol qəzası nəticəsində azı 6 nəfər ölüb.

“Report” “ABC” telekanalına istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Qeyd olunub ki, hadisə şəhərin şimal-qərbində, 20 saylı magistralda baş verib. Belə ki, “Dodge Ram” markalı pikap ən azı 15 nəfəri daşıyan “Chevrolet” markalı mikroavtobusa çırpılıb.

Nəticədə mikroavtobusun sürücüsü və 5 sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüb, daha 9 sərnişin və pikapın sürücüsü isə yerli xəstəxanalara yerləşdiriliblər.

Magistral yol beş saat bağlı olub. Polis başqa təfərrüatları açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi