ABŞ və Fransanın Əfqanıstandakı səfirləri Kabil hava limanına gətirilib

ABŞ və Fransanın Əfqanıstandakı səfirləri Kabil hava limanına gətirilib ABŞ-ın Əfqanıstandakı səfiri diplomatik korpusun yerləşdiyi binadan təxliyə edilərək Kabildəki hava limanına gətirilib.
Digər ölkələr
15 Avqust , 2021 19:52
ABŞ və Fransanın Əfqanıstandakı səfirləri Kabil hava limanına gətirilib

ABŞ-ın Əfqanıstandakı səfiri diplomatik korpusun yerləşdiyi binadan təxliyə edilərək Kabildəki hava limanına gətirilib.

Bu barədə “Report” “CBS”yə istinadən xəbər verir.

Bundan başqa, Fransanın Əfqanıstandakı səfiri də Kabildəki hava limanına gətirilir. Bunu Fransanın Avropa və xarici işlər naziri Jan İv Lö Drian bəyan edib. Onun sözlərinə görə, səfirlik fəaliyyətini hava limanında davam etdirəcək. Nazir əlavə edib ki, fransızlara yardım edən əfqanlar da ölkədən təxliyə ediləcək:

“Bu ilin may ayından fransızlarla əməkdaşlıq edən 600 əfqan ölkəni tərk edib. Hazırda Kabil hava limanında viza verilməsini sürətləndirmək üçün mümkün olan hər şey edilir”.

Qeyd edək ki, “Taliban”ın üzvləri prezident sarayına daxil olub.

Son xəbərlər

Orphus sistemi