ABŞ və Çin iqtisadi razılaşmanın müddətini uzadıb

Digər ölkələr
  • 24 sentyabr, 2026
  • 03:11
ABŞ və Çin iqtisadi razılaşmanın müddətini uzadıb

Vaşinqton və Pekin ticarət-iqtisadi münasibətlərdə gərginliyin azaldılmasına yönəlmiş razılaşmaların qüvvədə olma müddətini 2027-ci il yanvarın 10-dək uzatmaq barədə razılığa gəliblər.

"Report"un məlumatına görə, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent "Fox News" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, tərəflər Pusanda əldə olunmuş və iki ölkə arasında iqtisadi gərginliyin azaldılmasına yönəlmiş razılaşmanın müddətinin uzadılması barədə razılığa gəliblər.

"Bu gün Pusanda əldə olunmuş, iki ölkə arasında iqtisadi gərginliyin azaldılmasına yönəlmiş razılaşmanın müddətini uzatmaq barədə razılığa gəldik. Razılaşmanın müddəti noyabrın 10-da başa çatmalı idi. İndi isə bu müddət yanvarın 10-dək uzadılacaq. Bu, iqtisadi sahədə hansı addımların atıla biləcəyini müəyyənləşdirmək üçün bizə daha çox vaxt verəcək".