ABŞ Müdafiə Nazirliyi 2024-cü ildə Avstraliya hərbçiləri ilə birlikdə Avstraliyada hipersəs silahları sahəsində sınaqlar keçirməyi planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə “Defence news”a Pentaqonun rəhbərinin tədqiqat və inkişaf üzrə müavini Haydi Şu bildirib.
“Biz artıq bu istiqamətdə avstraliyalılarla sıx əməkdaşlıq edirik”, - o bildirib.
Onun sözlərinə görə, 2023-cü ildə ABŞ və Avstraliya hipersəs silahları sahəsində əməkdaşlığı artırıb və birgə sınaqlar bu istiqamətdə növbəti addım olacaq.
“Defence news”un məlumatına görə, hipersəs silahları, avtonom silah sistemləri və kvant hesablamaları kimi inkişaf etməkdə olan texnologiyalar ABŞ-Avstraliya-Böyük Britaniya təhlükəsizlik tərəfdaşlığının - AUKUS-un ikinci mərhələsinin əsasını təşkil edir.
Nəşr xatırladıb ki, ABŞ və Avstraliya artıq 15 ildir ki, hipersəs uçan aparatlar sahəsində tədqiqatlar aparır.