ABŞ uyğurlara görə Çinə sanksiya tətbiq edib

ABŞ uyğurlara görə Çinə sanksiya tətbiq edib Çində uyğurların sıxışdırılmasında iştirak edənlərin ABŞ-dakı bank hesabları dondurulacaq və onların ştatlara səfəri qadağan olunacaq.
Digər ölkələr
18 İyun , 2020 12:41
ABŞ uyğurlara görə Çinə sanksiya tətbiq edib

Çində uyğurların sıxışdırılmasında iştirak edənlərin ABŞ-dakı bank hesabları dondurulacaq və onların ştatlara səfəri qadağan olunacaq.

“Report” “Deutsche Welle”yə istinadən xəbər verir ki, bu, ABŞ Prezidenti Donald Trampın imzaladığı qanunda bildirilib.

ABŞ lideri uyğurların hüquqlarının pozulması ilə bağlı Çinə sanksiya tətbiqinə dair qanun imzalayıb.

ABŞ 2019-cu ildə uyğurların saxlanılması və onların insan hüquqlarının pozulmasında iştirak edən Çinin 28 təşkilatına qarşı sanksiya tətbiq edib. Onda həmin təşkilatlara ixracat, idxalatla məşğul olması və tədarüklərin sənədləşdirilməsi məhdudlaşdırılmışdı.

Xatırladaq ki, hələ ötən il Mərkəzi Asiya ölkələrinin Çin Xalq Respublikasındakı səfirliklərinin diplomatlarından ibarət heyət Sincan-Uyğur Muxtar Bölgəsi hökumətinin dəvəti ilə əyalətin Urumçi, Kaşqar və Xotan şəhərlərinə səfər etmişdilər.

Qeyd edək ki, Çində uyğur türklərinə qarşı sistematik təqib siyasəti yürüdülür. 2017-ci ildə Çinin Sincan-Uyğur Muxtar Rayonunda uyğurlar üçün siyasi-ideoloji təlim düşərgələri açılmağa başlayıb.  Çin orada uyğurların vəziyyəti ilə bağlı dünya ictimaiyyətinə ətraflı məlumat verməkdən çəkinir. Xeyli sayda məşhur uyğur alim, sənətkar və peşəkar idmançıların həmin düşərgələrdə saxlanıldığı güman edilir. Rəsmi Pekin isə bu kimi ittihamları rədd edir. Ötən il İndoneziya "siyasi yenidən tərbiyələndirmə düşərgələri" barədə rəsmi Pekinə sorğu göndərmişdi. Çin hakimiyyətinin siyasi-ideoloji düşərgələrdə saxladığı uyğur türklərinin sayı 3 milyona çatıb. Yeri gəlmişkən, Sincan-Uyğur Muxtar Bölgəsində uyğur ailələrini ziyarət etmiş məmur qonaqların sayı açıqlanıb.

Son xəbərlər

Orphus sistemi