Bakı. 9 yanvar. REPORT.AZ/ Mərkəzi Asiya ölkələrinin Çin Xalq Respublikasındakı səfirliklərinin diplomatlarından ibarət heyət Sincan-Uyğur Muxtar Bölgəsi hökumətinin dəvəti ilə əyalətin Urumçi, Kaşqar və Xotan şəhərlərinə səfər ediblər.
“Report” “CA-NEWS”a istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikası
Bildirilib ki, nümayəndə heyətinin tərkibinə Çində akkreditasiya olunan Qırğız Respublikası, Qazaxıstan, Rusiya, Tacikistan, Özbəkistan, Əfqanıstan, Hindistan, İndoneziya, Küveyt, Malayziya, Pakistan və Taylandın səfirliklərinin dioplomatları daxil olub.
Məlumata əsasən, təşkilatçılar diplomatları bölgənin sosial-iqtisadi vəziyyəti, mədəni yerləri, təhsil müəssisələri, məscid, bazar və başqa obyektlərlə tanış ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti "siyasi yenidən tərbiyə düşərgələri"ndə olublar. Ancaq Qırğız Respublikasının Xairici İşlər Nazirliyi bununla bağlı məlumat verməyib.
Qeyd edək ki, müsəlman uyğur türklərinə qarşı Çin hakimiyyətinin yürütdüyü assimilyasiya siyasəti ilə bağlı çoxsaylı informasiyalar yayılır. Rəsmi Pekin isə bu kimi ittihamları rədd edir. Bu yaxınlarda İndoneziya "siyasi yenidən tərbiyə düşərgələr"i barədə rəsmi Pekinə sorğu göndərmişdi. Çin hakimiyyətinin siyasi-ideoloji düşərgələrdə saxladığı uyğur türklərinin sayı 3 milyona çatıb. Yeri gəlmişkən, Sincan-Uyğur Muxtar Bölgəsində uyğur ailələrini ziyarət etmiş məmur qonaqların sayı açıqlanıb.