ABŞ Ukraynaya ATACMS komplekslərini tədarük edə bilər

ABŞ Ukraynaya ATACMS komplekslərini tədarük edə bilər ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi ATACMS operativ-taktiki raket sistemlərini dərhal Kiyevə təhvil verməyə çağıran qətnaməni yekdilliklə təsdiqləyib.
Digər ölkələr
22 İyun , 2023 02:48
ABŞ Ukraynaya ATACMS komplekslərini tədarük edə bilər

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi ATACMS operativ-taktiki raket sistemlərini dərhal Kiyevə təhvil verməyə çağıran qətnaməni yekdilliklə təsdiqləyib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu təşəbbüs iyunun əvvəlində hər iki partiyadan bir qrup amerikalı konqresmen tərəfindən irəli sürülüb.

Onlar ABŞ Prezidenti Cozef Baydeni Ukraynanın tez bir zamanda qələbəsi üçün raket sistemləri ilə təmin etməyə çağırırlar. Bayden bildirib ki, Vaşinqton administrasiyası operativ taktiki raket sistemlərinin Ukraynaya ötürülməsi imkanlarını nəzərdən keçirməkdə davam edir.

İndi qətnamə Nümayəndələr Palatasının tam iclasında səsə qoyulmalıdır.

Bundan əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan bildirmişdi ki, Vaşinqton administrasiyası indiki mərhələdə ATACMS-i Kiyevə çatdırmaq niyyətində deyil.

Son xəbərlər

Orphus sistemi