Yuxarı
    Bağlamaq

    ABŞ Ukraynaya 560 milyon dollar ayıracaq

    Bunun 238 milyon dolları hərbi yardıma sərf olunacaq

    Bakı. 5 may. REPORT.AZ/ ABŞ-ın büdcə təxsisatları haqqında qanununda 2017-ci il üçün Ukraynaya ən azı 560 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulur.

    "Report" xəbər verir ki, Birləşmiş Ştatlar Ukraynaya hərbi yardıma ən azı 238 milyon dollar sərf edəcək.

    Amerika senatorlarının əksəriyyəti 2017-ci maliyyə ili üçün 1 trilyondan çox həcmdə dövlət büdcəsi layihəsini qəbul ediblər. Büdcənin qəbul edilməsi üzrə səsvermə mayın 4-də keçirilib. Qanun layihəsini 79 senator dəstəkləyib, 18 senator bunun əleyhinə çıxıb. Nümayəndələr Palatası büdcəni ötən gün təsdiq edib, ona görə sənədin yekun olaraq qüvvəyə minməsi üçün prezident Donald Trampın onu imzalaması lazımdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi