Amerika Birləşmiş Ştatları Danimarkada baş tutacaq “F-16” təyyarələrində ukraynalı pilotlar üçün təlim proqramını təsdiqləyib.
Bu barədə “Report” “CNN”ə istinadən xəbər verir.
Amerika lideri Cozef Bayden administrasiyasının rəsmisi bildirib ki, ABŞ nazirliyin bu yaxınlarda Danimarkadan Ukrayna pilotlarının hazırlanması və texniki xidmət proqramlarının yaradılması səyləri ilə bağlı sorğunu təsdiqləyib.
Buraya ABŞ-ın məxfi texnologiyaları haqqında məlumatları ehtiva edən təlim modulları, sənədlər və sinifdə tədris materialları daxildir.
Danimarkanın tələbinin təsdiqlənməsi Ukraynalı pilotların Kiyevin aylardır tələb etdiyi dördüncü nəsil təyyarələrdə uçmaq üçün təlimlərə başlamazdan əvvəl atılan ən vacib addımlardan biridir.