Yuxarı
    Bağlamaq

    ​ABŞ təyyarəsi Venesuelanın hava sərhədlərini pozub

    Dash 8 kəşfiyyat üçün istifadə oluna biləcək avadanlıqla təchiz edilib

    Bakı. 9 noyabr. REPORT.AZ/ ABŞ-ın sərhəd xidmətinə məxsus təyyarə Venesuelanın hava məkanına daxil olub.

    "Report" xəbər verir ki, bu barədə bazar günü Cənubi Amerika ölkəsinin müdafiə naziri Vladimir Padrino Lopes məlumat verib.

    "ABŞ sərhəd xidmətinin kəşfiyyat təyyarəsi 48 saat əvvəl Kürasao adasındakı Hato aviabazasından havaya qalxıb və bizim regiona girib", - deyə Padrino bildirib.

    Onun sözlərinə görə, ikimühərrikli "Bombardier Dash 8" təyyarəsi kimi qeydə alınan hava gəmisi kəşfiyyatın aparılması üçün istifadə oluna biləcək avadanlıq, eləcə də, radar, məlumat qəbulu və ötürülməsi sistemi, həmçinin yüksəklikdən çəkiliş aparmaq imkanı verən elektron-optik cihazlarla təchiz olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi