ABŞ təyyarəsi İsveçin hava sərhədini pozub

ABŞ təyyarəsi İsveçin hava sərhədini pozub Hava gəmisinin buna müvafiq icazəsi olmayıb
Digər ölkələr
17 Noyabr , 2016 02:09
ABŞ təyyarəsi İsveçin hava sərhədini pozub

Bakı. 17 noyabr. REPORT.AZ/ ABŞ təyyarəsi İsveçin hava sərhədlərini pozub.

"Report" xəbər verir ki, bu barədə Krallıq Silahlı Qüvvələrinin komandanlığı bəyanat yayıb.

Ölkənin Müdafiə Nazirliyi rəsmilərinin sözlərinə görə, Birləşmiş Ştatlara məxsus təyyarə ölkənin hava məkanına Trelleborq şəhərinin cənubundan daxil olub.

Məlumata görə, təyyarənin bunun üçün heç bir müvafiq icazəsi olmayıb. Həmçinin onun mülki və ya hərbi olması da məlum deyil.

Xatırladaq ki, İsveç bitərəf ölkədir və NATO blokuna daxil deyil.

Son xəbərlər

Orphus sistemi