ABŞ terrorçu YPG/PKK-ya 250 TIR silah göndərib

ABŞ terrorçu YPG/PKK-ya 250 TIR silah göndərib ABŞ Suriyadakı YPG/PKK terrorçularının nəzarətində olan ərazilərdəki hərbi bazalarına hərbi avadanlıq və silah tədarükünü davam etdirir.
Digər ölkələr
2 Yanvar , 2020 23:26
ABŞ terrorçu YPG/PKK-ya 250 TIR silah göndərib

ABŞ Suriyadakı YPG/PKK terrorçularının nəzarətində olan ərazilərdəki hərbi bazalarına hərbi avadanlıq və silah tədarükünü davam etdirir.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə Haseke bölgəsindəki mənbə məlumat verib.

Qeyd olunub ki, son bir həftə ərzində İraq-Suriya sərhədində yerləşən Əl-Valid keçid məntəqəsindən 250 TIR-dan ibarət üç karvan keçib.

130 yük maşınından ibarət olan son karvan bir gün əvvəl keçid məntəqəsindən keçib.

Yük maşınlarında 4x4 təkər formullu pikap, tikinti texnikası, ağır silah və sursat olub. 

Son xəbərlər

Orphus sistemi