Yuxarı

ABŞ terrorçu PKK-nın Suriyadakı qollarına 7 helikopter stinger silahı verib

Onların arasılnda zirehli texnikanı və helikopteri məhv edə biləcək silahlar da var

Bakı. 13 dekabr. REPORT.AZ/ ABŞ terrorçu PKK-nın Suriyadakı qollarından olan PYD və YPG-yə 7 helikopter stinger silahı göndərib.

“Report” Haber7-yə istinadən xəbər verir ki, silahla dolu helikopter YPG-nin nəzarəti altında olan Suriyanın Ayn İsa bölgəsində yerə enib. Bu silahdan terrorçu İŞİD-in nəzarətində olan Suriyanın Rakka şəhərinin azad edilməsində istifadə olunacağı bildirilib. Onların arasında zirehli texnikanı məhv edə biləcək silahlar da var.

Məlumata görə, İŞİD-in əlində helikopter və qırıcı təyyarələr yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın YPG və PYD-yə helikopter və qırıcı təyyarələri vurmaq üçün silah vercəyi barədə məlumat yayılıb. Bu silahlar ABŞ prezidenti uyğun sənədi iumzaladıqdan sonra terrorçu PKK-nın Suriyadakı qollarına verilməli idi. Lakin ölkə prezidenti həmin sənədə imza atmadan stingerlər YPG və PYD-yə təhvil verilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi