ABŞ Tehranın bəyanatına baxmayaraq İranla dialoqa hazır olduğunu bəyan edib

ABŞ Tehranın bəyanatına baxmayaraq İranla dialoqa hazır olduğunu bəyan edib Bakı. 14 avqust. REPORT.AZ/ Amerika administrasiyası İranın ali dini lideri Əli Xameneinin Vaşinqtonla danışıqların aparılması mümkünlüyünü faktiki olaraq istisna edən bəyanatına baxmayaraq, Tehran hökuməti ilə dialoqa hazırdır.
Digər ölkələr
14 Avqust , 2018 04:57
ABŞ Tehranın bəyanatına baxmayaraq İranla dialoqa hazır olduğunu bəyan edib

Bakı. 14 avqust. REPORT.AZ/ Amerika administrasiyası İranın ali dini lideri Əli Xameneinin Vaşinqtonla danışıqların aparılması mümkünlüyünü faktiki olaraq istisna edən bəyanatına baxmayaraq, Tehran hökuməti ilə dialoqa hazırdır.

“Report” xəbər verir ki, bunu bazar ertəsi Dövlət Departamentinin nümayəndəsi TASS-a ayətulla Xameneinin bəyanatını şərh edərkən deyib.

"Dövlət katibinin dediyi kimi, prezident təxirəsalınmaz milli təhlükəsizlik məsələlərinin həlli yollarını tapmaq üçün İranla dialoq aparmağa hazırdır", - deyə Amerikanın xarici siyasət idarəsinin nümayəndəsi bildirib.

Son xəbərlər

Orphus sistemi