ABŞ Tayvana “Patriot” üçün əlavə raketlər verəcək

ABŞ Tayvana “Patriot” üçün əlavə raketlər verəcək ABŞ Tayvana hərbi yardım paketi çərçivəsində 882 milyon dollar dəyərində radar və dəstək avadanlığı ilə birlikdə “Patriot” hava hücumundan müdafiə sistemi üçün 100-ə yaxın əlavə müasir raket verəcək.
Digər ölkələr
6 Dekabr , 2022 05:45
ABŞ Tayvana “Patriot” üçün əlavə raketlər verəcək

ABŞ Tayvana hərbi yardım paketi çərçivəsində 882 milyon dollar dəyərində radar və dəstək avadanlığı ilə birlikdə “Patriot” hava hücumundan müdafiə sistemi üçün 100-ə yaxın əlavə müasir raket verəcək.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” ABŞ Dövlət Departamentinin sənədinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu təklif 2010-cu il ABŞ-Tayvan razılaşmasının müddəalarına uyğun olaraq hazırlanıb və texniki cəhətdən yeni deyil. Bu sənədlə nəzərdə tutulan hərbi yardımın ümumi dəyəri 2,81 milyard dollardır.

Son xəbərlər

Orphus sistemi