ABŞ Suriyanın aviabazasına raket zərbələri endirib, itkilər var - VİDEO

ABŞ Suriyanın aviabazasına raket zərbələri endirib, itkilər var - VİDEO ABŞ Aralıq dənizindəki gəmilərdən təqribən 50 "Tomahawk" tipli raket buraxıb
Digər ölkələr
7 Aprel , 2017 06:17
ABŞ Suriyanın aviabazasına raket zərbələri endirib, itkilər var - VİDEO

Bakı. 7 aprel. REPORT.AZ/ ABŞ Suriya ordusunun aviabazasına qanadlı raketlərlə zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə mənbəyə istinadən "NBC News" telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ Aralıq dənizindəki gəmilərdən təqribən 50 "Tomahawk" tipli raket buraxıb.

Telekanal xəbər verir ki, zərbə, ABŞ-ın fikrincə, qadağan olunmuş kimyəvi silahdan istifadə ilə hücumun təşkil edildiyi Homs əyalətindəki aerodroma endirilib.

Suriyanın Milli televiziyasının hərbi mənbələrə istinadən verdiyi xəbərə görə, ABŞ-ın endirdiyi zərbələr nəticəsində itkilər var.

Son xəbərlər

Orphus sistemi