ABŞ Suriyada baş vermiş terror aktını pisləyib

ABŞ Suriyada baş vermiş terror aktını pisləyib Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bəyan edib
Digər ölkələr
16 Aprel , 2017 10:07
ABŞ Suriyada baş vermiş terror aktını pisləyib

Bakı. 16 aprel. REPORT.AZ/ ABŞ rəhbərliyi Suriyada baş vermiş terror aktını kəskin şəkildə pisləyib.

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi xəbər verir.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bəyan edib ki, Birləşmiş Ştatllar əvvəlki kimi qətiyyətlə İŞİD və "Əl Qaidə" də daxil olmaqla, terrorçuların darmadağın edilməsi prinsiplərinə sadiq qalır və bunu Suriyada özünün ali prioriteti hesab edir.

O, həmçinin qeyd edib ki, rəsmi Vaşinqton Suriyadakı münaqişənin bütün tərəflərinin gücləndirilməsi və terrorçuların dəstəklənməsinə yönəlmiş istənilən fəaliyyətin əleyhinə çıxış edir.

Qeyd edək ki, Suriyanın Hələb şəhərində təxliyə avtobusları yaxınlığında törədilmiş partlayış nəticəsində 100 nəfər ölüb, 130-dan çox insan xəsarət alıb.

Xatırladaq ki, BMT-nin baş katibi də Suriyada baş vermiş terror aktını pisləyib.

Son xəbərlər

Orphus sistemi