​ABŞ Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzadıb

​ABŞ Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzadıb Təhlükələr arasında radioaktiv materialların yayılması riski və s. var
Digər ölkələr
22 İyun , 2016 00:33
​ABŞ Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzadıb

Bakı. 22 iyun. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama çərşənbə axşamı hərəkətləri ölkə üçün "fövqəladə təhlükə" yaradan Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaların müddətini uzadacağı barədə konqresi məlumatlandırıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Birləşmiş Ştatların 2008-2016-ciı illərdə tətbiq etdiyi bir sıra sanksiyaların müddəti uzadılacaq.

Şimali Koreyanın təhlükəli fəaliyyətləri arasında radioaktiv materialların yayılması riski, Koreya yarımadasında vəziyyətin gərginləşdirilməsi, nüvə sınaqları və raket buraxılışları, repressiv hərəkətləri və hökumətin apardığı siyasət var.

Son xəbərlər

Orphus sistemi