​ABŞ Səudiyyə Ərəbistanı ilə Suriyada quru əməliyyatlarını müzakirə edəcək

​ABŞ Səudiyyə Ərəbistanı ilə Suriyada quru əməliyyatlarını müzakirə edəcək Danışıqlar gələn həftə Brüsseldə aparılacaq
Digər ölkələr
5 Fevral , 2016 03:42
​ABŞ Səudiyyə Ərəbistanı ilə Suriyada quru əməliyyatlarını müzakirə edəcək

Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ Səudiyyə Ərəbistanı ilə Suriyada yerüstü əməliyyatların aparılmasına dair məsələni müzakirə edəcək.

"Report" xəbər verir ki, Pentaqon rəhbəri Eşton Karter danışıqların gələn həftə Brüsseldə aparılacağını bəyan edib.

Səudiyyənin müdafiə nazirinin müşaviri, briqada generalı Əhməd Asseri ölkəsinin ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin tərkibində Suriyada yerüstü hərbi əməliyyatlarda iştirak etməyə hazır olduğunu bildirmişdi. General Səudiyyə hərbçilərinin yalnız İŞİD terrorçuları ilə mübarizə aparacağını qeyd etmişdi.

Son xəbərlər

Orphus sistemi