ABŞ Səudiyyə Ərəbistanı ilə silah satışına dair sazişi ləğv etmək istəmir

ABŞ Səudiyyə Ərəbistanı ilə silah satışına dair sazişi ləğv etmək istəmir Bakı. 20 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluqda öldüyü elan edildikdən sonra Krallıqla silah satışına dair imzalanmış 110 milyard dollarlıq sazişi ləğv etmək niyyətində deyil.
Digər ölkələr
20 Oktyabr , 2018 06:58
ABŞ Səudiyyə Ərəbistanı ilə silah satışına dair sazişi ləğv etmək istəmir

Bakı. 20 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluqda öldüyü elan edildikdən sonra Krallıqla silah satışına dair imzalanmış 110 milyard dollarlıq sazişi ləğv etmək niyyətində deyil.

“Report” TASS-a istinadən xəbər verir ki, Amerika liderinin sözlərini cümə günü Ağ ev sitat gətirib.

"Bizim hələ suallarımız qalıb", - deyə o, Qaşıqçının ölümündən danışarkən bildirib.

Prezident həmçinin Səudiyyə Ərəbistanının bəyanatını "ilk yaxşı addım" adlandırıb.

O, bununla belə ABŞ-ın konsulluqdakı hadisə ilə bağlı cavabının silah sazişinin ləğvi ilə bağlı olmamasına "üstünlük" verdiyini bildirib.

Bundan əvvəl Krallığın baş prokuroru yerli jurnalist Camal Qaşıqçının İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib.

Son xəbərlər

Orphus sistemi