ABŞ Senatının Komitəsi Tillersonun dövlət katibi postuna namizədliyini təsdiq edib

ABŞ Senatının Komitəsi Tillersonun dövlət katibi postuna namizədliyini təsdiq edib İndi onun namizədliyi Senatın ümumi iclasında təsdiq edilməlidir
Digər ölkələr
24 Yanvar , 2017 03:52
ABŞ Senatının Komitəsi Tillersonun dövlət katibi postuna namizədliyini təsdiq edib

Bakı. 24 yanvar. REPORT.AZ/ Amerika Senatının Beynəlxalq İşlər Komitəsi Reks Tillersonun ABŞ-ın dövlət katibi postuna namizədliyini təsdiq edib.

"Report" CNBC-yə istinadən xəbər verir ki, səsvermə zamanı komitənin Respublikaçılar Partiyasından olan 11 üzvü Tillersonu dəstəkləyib, 10 demokrat senator bunun əleyhinə səs verib.

İndi onun namizədliyi Senatın ümumi iclasında təsdiq edilməlidir. Bunun üçün sadə səs üstünlüyü (100-dən 51 səs) tələb olunur. Respublikaçılar Senatdakı 100 yerdən 52-sinə sahibdirlər.

Son xəbərlər

Orphus sistemi