ABŞ Senatının komitəsi Con Sallivanın Rusiyada səfir vəzifəsinə namizədliyini dəstəkləyib

ABŞ Senatının komitəsi Con Sallivanın Rusiyada səfir vəzifəsinə namizədliyini dəstəkləyib ABŞ Senatının Xarici İşlər üzrə Komitəsi dövlət katibinin müavini Con Sallivanın Rusiyada səfir vəzifəsinə namizədliyini bəyənib.
Digər ölkələr
21 Noyabr , 2019 06:41
ABŞ Senatının komitəsi Con Sallivanın Rusiyada səfir vəzifəsinə namizədliyini dəstəkləyib

ABŞ Senatının Xarici İşlər üzrə Komitəsi dövlət katibinin müavini Con Sallivanın Rusiyada səfir vəzifəsinə namizədliyini bəyənib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə komitə rəhbəri Cim Rişin bəyanatında deyilir.

"ABŞ-ın Rusiyada səfiri vəzifəsinə Con Sallivanın namizədliyinin irəli sürülməsinə yekdil dəstək haqqında bildirməyə şadam. Ümid edirəm, Senat yaxın vaxtlarda onu təsdiq edəcək", - deyə o bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp oktyabrın 17-də qanunvericilərə Sallivanın Moskvada səfir vəzifəsinə namizədliyinə baxmaq təklifini göndərib. Bundan iki həftə əvvəl - oktyabrın 3-də Con Hantsmanın səlahiyyət müddəti başa çatıb. O, 2017-ci ilin oktyabrında ABŞ-ın Rusiyadakı diplomatik missiyasının rəhbəri təyin edilmişdi. 

Hantsman Trampa istefa haqqında ərizəsini avqustun əvvəllərində təqdim edib.

Son xəbərlər

Orphus sistemi