Bakı. 6 mart. REPORT.AZ/ ABŞ Senatına ölkə tarixinin ən uzunmüddətli hərbi kampaniyasının - Əfqanıstanda müharibənin başa çatması barədə qanun layihəsi təqdim olunub.
"Report" xəbər verir ki, qanun layihəsi, o cümlədən ABŞ qoşunlarının bu ölkədən tamamilə çıxarılmasını nəzərdə tutur.
Parlamentin yuxarı palatasının saytında dərc olunan sənəd Demokratlar Partiyasının nümayəndəsi Tom Yudall və Respublikaçılar Partiyasının nümayəndəsi Rend Pol tərəfindən hazırlanıb.
Qanun layihəsinin qəbul edilməsi halında ölkənin
Layihə həmçinin terrorizmə qarşı qlobal müharibədə iştirak edən hərbçilərə pul şəklində bonusların verilməsibni nəzərdə tutur.
O, həmçinin 2001-ci il sentyabrın 11-də baş vermiş terror aktından sonra Konqresin prezidentə verdiyi hərbi qüvvədən istifadə icazəsini ləğv edir.