Yuxarı
    Bağlamaq

    ​ABŞ Senatı silahların satışı zamanı yoxlamaların sərtləşdirilməsi ilə bağlı düzəlişi qəbul etməyib

    Sənəd yekunda lazım olan 60 səsi toplaya bilməyib

    Bakı. 21 iyun. REPORT.AZ/ ABŞ Senatı silahların satışı zamanı yoxlamaların sərtləşdirilməsi ilə bağlı düzəlişi qəbul etməyib. "Report" "RİA "Novosti"yə istinadən xəbər verir ki, sənəd yekunda lazım olan 60 səsi toplaya bilməyib.

    Belə ki, sənədin lehinə 53, əleyhinə 47 senator səs verib. Sənəd Orlandoda baş vermiş məlum faciədən sonra Senat təmsilçilərinin müzakirəsinə çıxarılmışdı. Xatırladaq ki, Orlanodakı gecə klublarından birində baş vermiş hadisə nəticəsiondə 49 nəfər ölüb, 50-dən çox adam yaralanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi