ABŞ Senatı Nikki Heylini BMT yanında daimi nümayəndə kimi təsdiq edib

ABŞ Senatı Nikki Heylini BMT yanında daimi nümayəndə kimi təsdiq edib Əleyhdarları onun beynəlxalq siyasət məsələlərində təcrübəsiz olduğunu deyirlər
Digər ölkələr
25 Yanvar , 2017 04:58
ABŞ Senatı Nikki Heylini BMT yanında daimi nümayəndə kimi təsdiq edib

Bakı. 25 yanvar. REPORT.AZ/ Cənubi Karolina ştatının qubernatoru Nikki Heyli ABŞ Senatında ölkənin BMT yanında yeni daimi nümayəndəsi vəzifəsinə təsdiq edilib.

"Report" xəbər verir ki, 96 senator Heylinin namizədliyini təsdiq edib, 4 senator əleyhinə səs verib.

Qubernatorun əleyhdarları onun beynəlxalq siyasət məsələlərində təcrübəsinin olmadığını bildirirlər.

Son xəbərlər

Orphus sistemi