ABŞ Senatı müdafiə büdcəsini təsdiqlədi

ABŞ Senatı müdafiə büdcəsini təsdiqlədi ABŞ Senatı 740,5 milyard ABŞ dolları həcmində müdafiə büdcəsini təsdiq edib.
Digər ölkələr
24 İyul , 2020 03:17
ABŞ Senatı müdafiə büdcəsini təsdiqlədi

ABŞ Senatı 740,5 milyard ABŞ dolları həcmində müdafiə büdcəsini təsdiq edib.

“Report” “xəbər verir ki, bu barədə səsvermənin nəticələri göstərir.

Büdcənin lehinə 86, əleyhinə isə 14 Senator səs verib.

Bundan əvvəl, ABŞ Senatının Silahlı qüvvələrin işi üzrə komitəsi də müdafiə büdcəsini təsdiq edib.

Daha sonra, qanun layihəsi Nümayəndələr Palatasının layihəsi ilə razılaşdırılacaq və zəruri hallarda yenidən səsverməyə çıxarılacaq.

Bütün bu prosedurlardan sonra imzalanması üçün prezident Donald Trampa təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi