Rusiya ABŞ-a qovulmuş amerikalı diplomatların siyahısını təqdim edib

Rusiya ABŞ-a qovulmuş amerikalı diplomatların siyahısını təqdim edib Ağ Ev Rusiyaya qarşı yeni sanksiyalar barədə məlumat yayıb.
Digər ölkələr
23 Mart , 2022 22:08
Rusiya ABŞ-a qovulmuş amerikalı diplomatların siyahısını təqdim edib

Rusiya Xarici İşlər Nazirliyi persona non-qrata elan edilmiş amerikalı diplomatların siyahısını ABŞ səfirliyinə təqdim edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə nazirliyin saytında yerləşdirilən məlumatda deyilir.

Nota BMT missiyasının rusiyalı əməkdaşlarının ölkədən çıxarılmasına cavab olaraq ABŞ-ın Moskvadakı diplomatik missiyasının yüksək vəzifəli diplomatına təqdim olunub.

Fevralın 28-də Ağ Evin mətbuat katibi Cen Psaki BMT-dəki rusiyalı diplomatları casusluqda ittiham edib və onların ABŞ-dan qovulacağını bildirib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenza deyib ki, ABŞ diplomatları ölkədən çıxarmaq üçün daim kəşfiyyat fəaliyyəti ilə bağlı ittihamlardan istifadə edir.

Son xəbərlər

Orphus sistemi