ABŞ sanksiyalara əməl etməyən Çin şirkətlərinə xəbərdarlıq edib

ABŞ sanksiyalara əməl etməyən Çin şirkətlərinə xəbərdarlıq edib ABŞ Rusiyaya qarşı sanksiyalara əməl etməyən Çin şirkətlərinə xəbərdarlıq edib.
Digər ölkələr
9 Mart , 2022 18:19
ABŞ sanksiyalara əməl etməyən Çin şirkətlərinə xəbərdarlıq edib

ABŞ Rusiyaya qarşı sanksiyalara əməl etməyən Çin şirkətlərinə xəbərdarlıq edib.

“Report” “The New York Times”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiyaya qarşı sanksiyalara əməl etməyən Çin şirkətləri “qara siyahıya” salınacaq.

Rusiyaya müasir texnologiya avadanlığı tədarük edən Çin firmalarına ABŞ-dan proqram təminatı və avadanlıq almaq qadağan olunacaq.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Çjao Liszyan bildirib ki, rəsmi Pekin ABŞ-ın birtərəfli sanksiyalarına qarşı çıxır və Vaşinqtonu Çinin maraqlarına ziyan vurmamağa çağırır.

Son xəbərlər

Orphus sistemi