Yuxarı

​ABŞ Rusiyanın Suriyaya zərbə endirmək üçün İran ərazisindən istifadə etməsindən təəssüflənib

Mark Töner Rusiyanın bu hərəkətini hadisələrin uğursuz inkişafı adlandırıb

Bakı. 16 avqust. REPORT.AZ/ Rusiyanın Suriyada havadan zərbələrin endirilməsi üçün İran ərazisindən istifadə etməsi ABŞ-da təəsüf hissi doğurub.

"Report" xəbər verir ki, bunu jurnalistlər üçün hər gün keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəisinin müavini Mark Töner deyib.

O, Rusiyanın bu hərəkətini hadisələrin uğursuz inkişafı adlandırsa da, bunun "qəribə və ya gözlənilməz" olmadığını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi