​ABŞ Rusiyanın "Su-24" təyyarəsi ilə bağlı insidentə aidiyyəti olmadığını bildirib

​ABŞ Rusiyanın "Su-24" təyyarəsi ilə bağlı insidentə aidiyyəti olmadığını bildirib Bu, Türkiyənin öz hava məkanında qəbul etdiyi suveren qərarı idi
Digər ölkələr
30 Noyabr , 2015 22:34
​ABŞ Rusiyanın Su-24 təyyarəsi ilə bağlı insidentə aidiyyəti olmadığını bildirib

Bakı. 30 noyabr. REPORT.AZ/ Vaşinqton və Şimali Atlantika Alyansının Ankaranın Rusiyaya məxsus "Su-24" bombardımançı təyyarəsinə hücum etməklə bağlı qərarına heç bir aidiyyəti olmayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların NATO yanındakı daimi nümayəndəsi Duqlas Lyut çərşənbə axşamı baş tutan telefon brifinqi zamanı bildirib.

"Bu, Türkiyənin öz hava məkanında ölkənin Silahlı Qüvvələrində qüvvədə olan qaydalara uyğun qəbul etdiyi suveren qərarı idi", - deyə Lyut bildirib.

O, həmçinin qeyd edib ki, türk hərbçiləri oktyabrın əvvəlindən hava məkanının Rusiya təyyarələri tərəfindən pozulması məsələsi ilə bağlı NATO ilə əlaqədədirlər.

"Bu mənada Türkiyə ilə əlaqə var. Lakin bu insidentə gəldikdə isə, burada heç bir əlaqə olmayıb", - deyə Amerika nümayəndəsi bildirib.

Son xəbərlər

Orphus sistemi