ABŞ Rusiyanın 18 diplomatına BMT-də iştirak üçün viza verməyib

ABŞ Rusiyanın 18 diplomatına BMT-də iştirak üçün viza verməyib Birləşmiş Ştatlar BMT Baş Assambleyasının işində iştirak etmək üçün Rusiyanın 18 diplomatına viza verməyib.
Digər ölkələr
15 Oktyabr , 2019 06:48
ABŞ Rusiyanın 18 diplomatına BMT-də iştirak üçün viza verməyib

Birləşmiş Ştatlar BMT Baş Assambleyasının işində iştirak etmək üçün Rusiyanın 18 diplomatına viza verməyib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT yanında daimi nümayəndəsinin müavini Gennadi Kuzmin bildirib.

"Rusiya nümayəndə heyətinin 18 üzvü viza almayıb. Bu həftə heç bir viza verilməyib", - deyə o bildirib.

Qeyd edilir ki, ABŞ xüsusi halda vizanı Rusiya nümayəndələrinin çıxışlarını tərcümə etməli olan ingilis dili tərcüməçisinə verməyib.

Son xəbərlər

Orphus sistemi