Yuxarı
    Bağlamaq

    ABŞ Rusiya ilə hərbi əməkdaşlığı qadağan edən sənəd qəbul edib

    Sənəd Rusiya ilə hərbi əməkdaşlığa vəsait ayırmağı qadağan edir

    Bakı. 2 dekabr. REPORT.AZ/ ABŞ Konqresinin Nümayəndələr Palatası hərbi məsələlərdə Rusiya ilə əməkdaşlığı məhdudlaşdıran müdafiə büdcəsini qəbul edib.

    "Report" xəbər verir ki, sənəd Moskva Ukrayna ərazilərinin işğalına son qoymayınca və Ukrayna və NATO ölkələrinin suverenliyi və ərazi bütövlüyü üçün təhlükə yaradan təcavüzkar fəaliyyətindən əl çəkməyincə, həmçinin Minsk sazişlərinə əməl etməyə başlamayınca, Rusiya ilə hərbi əməkdaşlığa vəsait ayırmağı qadağan edir.

    Qadağa Əfqanıstanda logistika sahəsində əməkdaşlığa aid deyil. Sənəd 34 nəfər əleyhinə olmaqla 375 səslə qəbul edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi