Yuxarı

​ABŞ rəsmisi Suriya ilə bağlı "B" planının başlıca məsələsinə aydınlıq gətirib

Atəşkəs uğurlu nəticə verməzsə, o zaman Suriyanın bütövlüyünü saxlamaq çətin olacaq

Bakı. 3 mart. REPORT.AZ/ "ABŞ-ın "B" planı" Suriyada federal dövlətin qurulacağı demək deyil".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kibri bildirib.

Qeyd edək ki, Türkiyədə  hadisələr başlayandan Suriyanın ərazi bütövlüyünü müdafiə edib. Rəsmi Ankara bir parçalamanın domino təsiri yaradacağını və Orta Şərqin bu yolla məzhəb savaşına sürükləndiyini bildirmişdi.

Rusiya isə Suriyanın federallaşması planını dəstəklədiyini bəyan edib.

Ehtimal edilən federallaşma planına əsasən, ölkə üç yerə parçalana bilər - Bəşşar Əsədin nəzarət etdiyi bölgələrə (şiə), sünni məzhəbli ərəb köçəri tayfalarının torpaqlara (sünni) və terrorçu PKK-nın Suriyadakı qolu PYD-nin ələ keçirdiyi əraziyə (kürd).

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Con Kerri Senatın Xarici Əlaqələr Komitəsindəki çıxışında bildirmişdi: "Atəşkəs uğurlu nəticə verməzsə, o zaman Suriyanın bütövlüyünü saxlamaq çətin olacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi