​ABŞ rəsmisi: "İŞİD liderləri İraq və Suriyadan Liviyaya qaçır"

​ABŞ rəsmisi: "İŞİD liderləri İraq və Suriyadan Liviyaya qaçır" O, Liviya hökumətini İŞİD-ə qarşı mübarizədə koalisiyaya yardım etmək üçün iradə nümayiş etdirməyə çağırıb
Digər ölkələr
24 Fevral , 2016 11:21
​ABŞ rəsmisi: İŞİD liderləri İraq və Suriyadan Liviyaya qaçır

Bakı. 24 fevral. REPORT.AZ/ "Biz İŞİD silahlıları, eləcə də komandirlərinin böyük axınla olmasa da, İraq və Suriyadan Liviyaya qaçdığını müşahidə edirik".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ beynəlxalq koalisiya komandanlığındakı rəsmi nümayəndəsi Stiv Uorren bildirib.

"Onlar Liviyaya qonşu dövlətlərdən yeni adamlar ələ keçirmək üçün gediblər", - o, vurğulayıb.

Stiv Uorren yaxın zamanlarda Liviyada islam adı altında fəaliyyət göstərən təşkilat və qruplaşmaların mövqeyinə koalisiya qüvvələrinin hava zərbəsi enidirməyəcəyini də söyləyib. O, Liviya hökumətini İŞİD-ə qarşı mübarizədə koalisiyaya yardım etmək üçün iradə nümayiş etdirməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi