ABŞ rəhbəri Nyu-Yorkda BMT-nin baş katibi ilə görüşəcək

ABŞ rəhbəri Nyu-Yorkda BMT-nin baş katibi ilə görüşəcək ABŞ prezidenti Cozef Bayden bazar ertəsi - 20 sentyabrda Nyu-Yorkda BMT-nin baş katibi Antoniu Quterreşlə görüşəcək.
Digər ölkələr
18 Sentyabr , 2021 06:05
ABŞ rəhbəri Nyu-Yorkda BMT-nin baş katibi ilə görüşəcək

ABŞ prezidenti Cozef Bayden bazar ertəsi - 20 sentyabrda Nyu-Yorkda BMT-nin baş katibi Antoniu Quterreşlə görüşəcək.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, sentyabrın 20-də dövlət başçısı istirahət etdiyi Delaver ştatından Vaşinqtona qayıdacaq. "O, bundan sonra Nyu-Yorka BMT Baş Assambleyasının 76-cı sessiyasına yola düşəcək. Axşam prezident BMT baş katibi Antoniu Quterrişlə görüşəcək", - xəbərdə qeyd edilir.

Bayden sentyabrın 21-də səhər BMT Baş Assambleyasında çıxış edəcək, sonra Ağ Evə qayıdacaq.

Son xəbərlər

Orphus sistemi