Yuxarı

​ABŞ-ın quru qoşunlarının xüsusi təyinatlıları Suriyaya girib

Lloyd Austin deyib ki, qoşunlar Suriyaya bölgədə təhlükəsizliyi qorumaq məqsədi ilə girib

Bakı. 17 sentyabr. REPORT.AZ/ ABŞ Quru Qoşunları Xüsusi təyinatlılarının İŞİD-ə qarşı savaşda terrorçu PKK-yönlü "PYD"-yə (Suriya Demokratik Birlik Partiyası) yardım etmək üçün Suriyaya girdiklərini ilk dəfə açıqlayıb.

"Report" "Al-Jazeere"-yə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın "NBCNews" telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargahlarının komandanı Lloyd Austin Senatın Silahlı Qüvvələr üzrə Komitəsində çıxışında deyib ki, xüsusi təyinatlılar Suriyaya bölgədə daha çox təhlükəsizliyi qorumaq, yardım etmək və məsləhətləşmələr aparmaq məqsədi ilə girib. 

Xatırladaq ki, ötən gün ABŞ Dövlət Departamenti müşavirinin müavini Brett Makqurk Ərbildə Şimali İraq kürd hökumətinin başçısı Məsut Bərzani və Suriyadakı terrorçu PKK-a yönlü PYD-nin həmsədri Salih Müslimlə görüşüb. Tərəflər peşmərgə (İraqın şimalındakı kürd hökumətinin silahlı qüvvəsi) və PYD-nin "İŞİD"-ə qarşı birgə savaşacaqları haqda razılığa gəliblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi