ABŞ Qrenlandiyada baş konsulluq açmağı planlaşdırır

ABŞ Qrenlandiyada baş konsulluq açmağı planlaşdırır ABŞ Dövlət Departamenti Konqresə ölkənin Qrenlandiyada baş konsulluğunun açılması təklifi ilə bağlı məktub göndərib.
Digər ölkələr
24 Avqust , 2019 03:03
ABŞ Qrenlandiyada baş konsulluq açmağı planlaşdırır

ABŞ Dövlət Departamenti Konqresə ölkənin Qrenlandiyada baş konsulluğunun açılması təklifi ilə bağlı məktub göndərib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə məktubun surətinə istinadən "Associated Press" agentliyi bildirib.

Agentliyin məlumatına görə, baş konsulluğun açılması təşəbbüsü Dövlət Departamentinin ABŞ-ın Arktikadakı planlarının artması ilə izah edilir.

Qeyd edilir ki, Amerikanın Qrenlandiyada baş konsulluğu ilk dəfə Danimarkanın nasist işğalı dövründə - 1940-cı ildə açılıb və 1953-cü ildə bağlanıb. ABŞ yeni baş konsulluğunu Nuukedə 2020-ci ildə açmağı planlaşdırır. Nuuke adanın paytaxtıdır. Ərazi Danimarka Krallığının tərkibindədir və geniş muxtariyyət hüquqlarına malikdir.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Qrenlandiyanı almaqda maraqlıdır.

Son xəbərlər

Orphus sistemi