ABŞ qoşunlarını Əfqanıstandan gələn aydan çıxarmağa başlayacaq

ABŞ qoşunlarını Əfqanıstandan gələn aydan çıxarmağa başlayacaq ABŞ prezidenti Cozef Bayden bildirib ki, Birləşmiş Ştatlar Əfqanıstanda öz missiyasını yerinə yetirib və 1 maydan qoşunlarını bu ölkədən çıxartmağa başlayacaq
Digər ölkələr
15 Aprel , 2021 02:04
ABŞ qoşunlarını Əfqanıstandan gələn aydan çıxarmağa başlayacaq

ABŞ prezidenti Cozef Bayden bildirib ki, Birləşmiş Ştatlar Əfqanıstanda öz missiyasını yerinə yetirib və 1 maydan qoşunlarını bu ölkədən çıxarmağa başlayacaq.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

"ABŞ hərbi qulluqçularını bu ilin 1 mayından çıxarmağa başlayacaq”, - Bayden deyib.

O əlavə edib ki, qoşunların çıxarılması nizamlı və müttəfiqlərlə koordinasiyalı şəkildə həyata keçiriləcək.

Bu halda prezident vurğulayıb ki, ABŞ Əfqanıstandakı bütün vəzifələrinin icrasına nail olub.

"Amerikanın ən uzun müddətli müharibəsinə son qoymaq vaxtı çatıb, hərbçilərimizi evə qaytarmaq zamanı gəlib", - Bayden əlavə edib.

Son xəbərlər

Orphus sistemi