ABŞ qışda Avropaya 6 min hərbçi göndərəcək

ABŞ qışda Avropaya 6 min hərbçi göndərəcək Söhbət Fort-Karson bazasındakı 4-cü piyada diviziyasının 3-cü zirehli tank briqadasından gedir
Digər ölkələr
4 Noyabr , 2016 08:23
ABŞ qışda Avropaya 6 min hərbçi göndərəcək

Bakı. 4 noyabr. REPORT.AZ/ Birləşmiş Ştatların bu qış Avropaya göndərəcəyi əlavə zirehli tank briqadası 4 min nəfərdən ibarət olacaq.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı ölkənin Müdafiə Nazirliyi strukturuna daxil olan Ordu Nazirliyinin (Quru Qoşunları) nümayəndələri məlumat verib.

Burada söhbət Kolorado ştatındakı Fort-Karson bazasında yerləşdirilən 4-cü piyada diviziyasının 3-cü zirehli tank briqadasından gedir. Avropaya təqribən 4 min hərbçi göndəriləcək. Bundan əlavə, Pentaqon regiona 10-cu dağ diviziyasının 10-cu aviasiya briqadasının 1750 əsgərini də yollayacaq.

Son xəbərlər

Orphus sistemi